Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb və Azərbaycan xalqını təbrik edib.
Paylaşımda qeyd edilir:
"9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!"