Xəbər lenti



Atamın evinin dövlət tərəfindən təmir edilməsi diqqətəlayiq haldır. Belə bir addımın atılmasına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

 

Bizimaz.az: Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ata evinin təmir edilməsinə münasibət bildirərkən deyib.

Elçibəyin oğlu bildirib ki, evin təmir olunması ilə bağlı müraciətə müsbət cavab alacaqlarını öncədən təxmin ediblər:

“Ümidsiz deyildik. Evin təmiri ilə bağlı müraciət edərkən dövlətimizin bizə sahib çıxacağından və ümidsiz qoymayacağından əmin idik. Ümidlərimiz özünü doğrultdu. Hər şeyə görə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq. Çox sağ olsun!”

Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.

Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin, kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək, artıq təmir işlərinin başa çatdığını qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov