Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod Bakıya gəlib.
Bizimaz.az: Report xəbər verir ki, məşhur milyonçunun ikinci oğlu Sadıxın kötücəsi olan A.Klod ilk dəfədir Azərbaycana səfər edib.
Qeyd edək ki, A.Kold ilə noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində görüş keçiriləcək. İxtisasca tarixçi olan Alban Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur.