2019-cu ildə nikaha daxil olan və boşananların sayı açıqlanıb.
Bizimaz.az: Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 42163 nikaha daxilolma, 11317 boşanma halları qeydə alınıb.
Qeydə alınan nikahlardan 857-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 686-sı isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.
2003-cü ildən nikahların, həm də boşanmaların sayında artım müşahidə olunurdusa, 2008 və 2009-cu illərdə bu göstəricilər əvvəlki illərə nisbətən bir qədər azalıb.