Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.
Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.
Qonaqlarla görüşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunaraq qeyd edib:
“İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdə iki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir”.
istinad