Xəbər lenti



Ölkədə başlayan böyük islahatlar çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da istefaya getdiyi iddiası yayılıb.

 

Bakıpost.az öz mənbələrinə istinadla artıq E.Rüstəmovun kollektivlə vidalaşdığını da bildirib. Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat üçün Milli Məcilisin toplanacağı da bildirilib.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib:

“Bizdə Elman Rüstəmovun istefa verməsi ilə bağlı hər hansı məlumat yoxdur”.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da bildirib ki, Məclisin növbəti iclasının tarixi hələlik təyin edilməyib:

“Milli Məclisin növbəti iclasına Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun istefası məsələsinin salınıb-salınmadığı haqda bizdə məlumat yoxdur”.

Qeyd edək ki, yayılan məlumatda E.Rüstəmovun başqa vəzifəyə təyin ediləcəyinin ehtimal olunduğu da bildirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov