Yeni təyin olunan Baş nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.
Digər əmrlə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin ediliblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş nazir təyin edilib.