Azərbaycan hökuməti Azərenerji ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır.
Bizimaz.az: Bu barədə Report-a qurumdakı mənbə bildirib.
Onun sözlərinə görə, bununla bağlı hökumətlə “Azərenerji” arasındakı danışıqlar yekunlaşmaq üzrədir.
"Mingəçevirdəki Azərbaycan İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyaların özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik”, - deyə mənbə qeyd edib.