Xəbər lenti



Kataloniyada keçirilən etiraz aksiyaları zamanı azı 52 nəfər yaralanıb, 20 nəfər saxlanılıb.

 

Teleqraf.com RİA"Novosti"yə istinadən xəbər verir ki, ən çox xəsarət alanlar Barselonada qeydə alınıb, burada 28 nəfər kömək üçün xəstəxanalara müraciət edib.

Məlumata əsasən, 5 nəfər Jirona, 3 nəfər Leyde, 2 Manres və Sils və Saliens bələdiyyələrində yaralanıb.

Oktyabrın 14-də İspaniya Ali Məhkəməsi, Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun təşkilində ittiham edilən 12 siyasətçinin həbsi barədə qərar qəbul edib.

Kataloniya Baş nazirinin keçmiş müavini Oriol Junkeras 13 illik həbs cəzasına məhkum edilib.

Digərlərinə 9 ildən 13 ilə qədər həbs cəzası verilib.

Qeyd edək ki, 1 oktyabr 2017-ci il tarixində müstəqillik referendumunun təşkilində iştirak etməkdə ittiham edilən 12 müttəhimdən doqquzu nəzarətda saxlanılır, üçü isə girov qarşılığında şərti azadlığa buraxılıb.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov