Xəbər lenti



Təhsil naziri Ceyhun Bayramov ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi məsələsinə münasibət bildirib. 

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri C.Bayramov Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil:

“Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir. Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var”. 

“Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri, əsasən, kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur”, - deyə C.Bayramov qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov