Prezident İlham Əliyev fevralın 18-də Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat verilib.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Sonra dövlət başçısı zavodun kollektivi ilə görüşüb.