Azərbaycan Universal Döyüş Federasiyasından bildirilib ki, Türkiyənin Antalya şəhərində 2022-ci il 21-24 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulan Universal Döyüş idman növü üzrə Avropa Kuboku turnerinin vaxtı dəyişdirilib. Bu səbəbdən yığma komandamız qarşıdan gələn avropa çempionatına daha yüksək nailiyyətlərə imza atmaq üçün hazırlıqlarını böyük əzmkarlıqla davam etdirirlər. Avropa çempionatına 25-dən çox ölkənin iştirakı gözlənilir.