Ucqar kəndlərdə çalışan müəllimlərin yenidən imtahanda iştirakı zamanı ballarına əlavələrlə bağlı məsələnin gələcək illərdən tətbiqi planlaşdırılır.
Bizimaz.az-n məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.
O bildirib ki, bu məsələdə şərtlər əvvəldən qoyulmalıdır ki, həmin müəllimlər məlumatlı olsunlar:
“Ona görə də düşünürəm ki, gələcək illərdə bölgələrdə işləmiş, orada olan uşaqlara dərs demiş müəllimlərə işə qəbulu prosesində əlavə bal və əmsalların verilməsi gözlənilir”
istinad