Xəbər lenti

 
 

Böyük Vətən müharibəsi illərində Azərbaycan və Rusiya xalqlarının dostluq və qarşılıqlı dəstək ənənələri iki ölkə arasında davamlı olaraq böyüməyə davam edəcək çoxşaxəli və strateji tərəfdaşlığın təməlini qoyub.

 

TASS-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə müharibədə qələbənin 76-cı ildönümü münasibətilə təbrikində bildirib.

“Əminəm ki, Böyük Vətən Müharibəsində ağır sınaqlara şərəflə qalib gələn xalqlarımızın dostluq və qarşılıqlı dəstək ənənələri bundan sonra da ölkələrimiz arasında strateji tərəfdaşlığın və çoxşaxəli qarşılıqlı əlaqələrimizin möhkəmlənməsi üçün etibarlı təməl rolunu oynayacaq”, - deyə məktubda bildirilib.

Azərbaycan Prezidenti müharibə veteranlarına, arxa cəbhə əməkçilərinə, eləcə də bütün dost Rusiya xalqına xoşbəxtlik, firavanlıq və uğur arzulayıb.

“9 May xalqlarımızın şanlı salnaməsində misilsiz bir cəsarət, qəhrəmanlıq və fədakarlıq rəmzi olaraq xüsusi yer tutur. Döyüş meydanlarında və arxa cəbhədə göstərilən dözümlülük, möhkəmlik və həmrəylik bəşəriyyət tarixində ən qanlı və dağıdıcı müharibənin nəticəsini müəyyənləşdirdi, faşizmin sarsılmasında əsaslı rol oynadı”, - deyə İlham Əliyev vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov