Xəbər lenti

 

ABŞ prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” sözünü işlətməsi böyük etirazlarla qarşılanıb.

 

Türkiyə və Azərbaycandan olan siyasətçilərin, dövlət və hökumət rəsmilərinin etirazları ilə yanaşı sadə insanlar da Baydenin sözügedən açıqlamasına öz etirazlarını bildiriblər.

Bununla əlaqədar ABŞ-ın Vaşinqton şəhərində azərbaycanlı və türklərdən ibarət bir qrup insan etiraz aksiyası keçirib.

Aksiyaya onlarla insan yığışıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan etirazçılar “soyqırımı” ifadəsinin doğru olmadığını, sözügedən iddianın saxta olduğunu bildirən şüarlar səsləndiriblər.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov