Xəbər lenti

 

 

 

 

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) idarə heyəti və üzv təşkilatlarının nümayəndələri aprelin 15-də Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

 

Səfər zamanı gənclər təşkilatlarının nümayəndələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olublar. Gənclər nümayiş etdirilən eksponatlar haqqında yeni məlumatlar əldə edib, Vətən müharibəsi və ondan sonra xalq olaraq həmrəyliyimizdən qürur hissi ilə bəhs ediblər. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə tariximizə qızıl hərflərlə həkk olundu. Məhz bu qələbə tarixinin gələcək nəsillərə ötürülməsi və əyani formada nümayiş etdirilməsi baxımından Hərbi Qənimətlər Parkı yaradılıb. Parkda müharibə dövründə xalqımızın igid əsgərləri tərəfindən ələ keçirilən hərbi texnikanın bir qismi, ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları da sərgilənməkdədir. 

Gənclər təşkilatları Vətən müharibəsində qazanılmış şanlı qələbə tarixinin gələcək nəsillərə ötürülməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daim çalışacaqlar.  

 

06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov