Xəbər lenti

BBC telekanalının müxbiri Conah Fişer ikinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərindən süjet hazırlayıb.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, süjetdə Ermənistanın 30 ildir işğal altında saxladığı torpaqları Azərbaycanın müharibə nəticəsində azad etdiyi vurğulanıb. Reportajda Azərbaycanın etnik ermənilərin bu torpaqlarda yaşamasını xoş qarşıladığı, lakin Ermənistanın Azərbaycanın tarixi-dini abidələr, o cümlədən kilsələr də daxil olmaqla mədəni irsini məhv etdiyi bildirilib.

Süjetdə, həmçinin azərbaycanlı bir ailənin 28 ildən sonra doğma yurdlarına gedərək evlərinin qalıqlarının tapdıqları göstərilib. Qeyd olunub ki, azərbaycanlı bu ailə öz evlərindən 1993-cü ildə çıxarılıb. Azərbaycanın müharibədə Qələbəsindən sonra onlar geri qayıdırlar. Ailə üzvü Rasim atasının məzar daşının qalıqlarını axtarır. Əli isə dörd yaşlı qızı ilə telefonla danışarkən onu da bu ərazilərə gətirmək istədiyini söyləyib.

BBC-də yayımlanan süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlı fikirləri diqqətə çatdırılıb. Prezidentin köməkçisi müxbirin Füzuli və Cəbrayıl rayonlarında dağıntıların səviyyəsini gördüyünü qeyd edib, Azərbaycanın səkkizdən çox şəhərinin dağıdıldığını və bu ərazilərin Xirosimanı xatırlatdığı, sanki nüvə silahından istifadə edildiyini deyib.

Müxbir süjetdə, həmçinin Azərbaycanın əhalisinin əvvəllər yaşadığı ərazilərin işğal dövründə xarabalığa çevrildiyini qeyd edib.

BBC-nin müxbiri daha sonra Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ilə görüşündə ermənilərin törətdikləri ilə bağlı yəqin ki Azərbaycandan üzr istəyəcəkləri barədə nazirə sual ünvanlayıb. Lakin erməni nazir əsassız arqumentlərlə bu sualdan yayınmağa çalışıb.

 
06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov