“Xəzər” telekanalında yayımlanan "Birinci studiya" verilişinin aparıcısı Lalə Azərtaş Xalq artisti Arif Babayevin arzusunu gerçəkləşdirib.

 

Bizimaz.az xəbər verir ki, aparıcı proqramda xanəndəni dünyaya gəldiyi, işğaldan azad olunan Ağdama aparıb.

Arif Babayev doğulduğu Sarıhacılı kəndinə ayaq basdıqda göz yaşlarına hakim ola bilməyib.

Aparıcının “Deyirdiniz ki, Sarıhacılıya qədəm qoysam, evimi gedib taparam, beynimdə dayanmadan cızıram ki, unutmayım. İndi həmin evi tapa bilərik” sualına xanəndə “Evi tapa bilmərik, amma daş-kəsəkdən ver, əyilə bilmirəm onu öpüm. Axı, söz vermişdim” cavabını verib və ovcuna qoyulan torpağı öpüb, cibinə qoyib.

A.Babayev valideynlərinin dəfn olunduğu qəbiristanlığa gəlsə də, məzarlarını tapa bilməyib. Düşmən bütün məzarları dağıdıb.

Daha sonra onlar Ağdam məscidini ziyarət ediblər.

Sözügedən kadrları təqdim edirik:

 
BAKU.WS
VİDEO