Xəbər lenti

Prezident Azıx mağarasında
 

“Biz Azıx mağarasının girişindəyik. Təxminən 800 pillə qalxmışıq. Yaxşı idman etmişik. Öz fiziki formamızı göstərmişik”.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Xocavəndin Azıx kəndinə baş çəkərkən deyib.

Dövlət başçısı bildirib ki, Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir:

“Biz indi Azıx mağarasının içinə girəcəyik. Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar edib. Ondan sonra burda tədqiqatlar aparılıb. Ən qədim insanın yaşayış məskənlərindən biridir.

Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan qanunsuz olaraq bu mağarada işlər aparıb. Qanunsuz olaraq xaricdən alimlər gətirib. Onlar bu mağaraya – bizim tarixi irsimizə böyük ziyan vurublar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Biz onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb, Azıx mağarası Azərbaycan ərazisindədir və bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə buraya gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

Buradan isə gözəl mənzərə açılır. Azıx kəndi oradadır. Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək”.

Daha sonra ölkə başçısı “Azıx Azərbaycandır! Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.

 

 



 
06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov