Xəbər lenti

 

Azərbaycanda ziyalılar yurdu kimi tanınan, iqtisadi və sosial irəliləyişdə rayonlar arasında öncül yerlərdən birinə sahib olan Qazax rayonu son 5 ildə böyük tərəqqi yolu keşmişdir. Rayonda elə bir sahə yoxdur ki, dirçəldilməsin, yaddan çıxmış olsun və ya nəzər yetirilməsin.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxa göstərdiyi böyük diqqət və qayğını rayon sakinləri həmişə hiss etməkdədir. Artıq 5-ci ilə çatır ki, cənab İlham Əliyevin Qazaxa təyin etdiyi rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov əhali arasında qısa bir zamanda geniş hörmət qazanmış, Prezidentin xalqın rifahı və xoş gələcəyi naminə qəbul etdiyi fərman və sərəncamların həyata keçirilməsində mühüm rol oynamışdır. Bu da rayaon əhalisinin birmənalı şəkildə sevincinə, gələcəyə ümid hissinin artmasına, hazırda böyük dövlətlər arasında geniş nüfuza malik olan böyük siyasətçi, qalib ölkənin qalib lideri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səbəb olmuşdur.


Rayonda kecirilən sorğular, dinləmələr və şəxsi söhbətlərdən belə nəticə çıxır ki, Qazax əhli Prezidentini sevdiyi kimi, onun yerdə nümayəndəsi olan icra hakimiyyətinin başçısı Rəcəb Babşova da xüsusi hörmətlə yanaşırlar. Bu həm də Prezident cənab İlham Əliyevin düzgün siyasətinin məntiqi ifadəsidir.


İcra başçısı Babaşov başçı təyin edilən vaxtdan rayonda çox böyük işlər görüb. Rayon vətəndaşlarının ərizə və şikayətlərinin, demək olar ki, 95 faizi həll edilib. Sakinlər tərəfindən qaldırılan xırda bir problemi də öz şəxsi problemi hesab edərək məsələni yerindəcə həll edir.

Uzun illərdi rayonda həmişə əhalini narahat edən su, işıq və qaz heç bir fasilə olmadan əhalinin yetərincə xidmətindədir. Elə bir sahə yoxdur ki, bu gün Rəcəb Babaşovun diqqətindən yayına bilsin. Yaşından asılı olmayaraq icra başçısı istəyir ki, kiminsə qəlbindəki arzusu puça çıxmasın, həyata keçsin. Ona görə rayonda kimi dindirsən icra başçısına qarşı hamının eyni fikirdə olması sübuta yetər.


Babaşovun uşaq baxçaları və körpələr evində yaratdığı şərait, kadların düzgün seçimi, baxçalardakı məişət sisteminin tamamilə yenilənməsi, istilik sistemi, antisanitariyaya qarşı mübarizə, yemək və sairə kimi məsələlərə hədsiz diqqəti sanki bir örnəkdir.

“Təhsil millətin gələcəyidir” kimi dahi atalar sözünə çevrilən Ulu Öndərin bu kəlamı Qazaxda layiqincə həyata keçirilir. Rayonda təhsilə olan qayğı hər vaxt hiss olunur. Təhsildə əvvəllər baş alıb gedən rüşvətxorluq hallarına son qoyulmuş, dərsə davamiyyətə və müəllimlərin hazırlığına ciddi yanaşılır. Bu barədə valideynlər heç kim məcbur etmədən belə rayon rəhbərinin qəbuluna gələrək buna görə dərin minnətdarlıqlarını bildirirlər. Onu da qeyd etmək yerinə düşərdi ki, Babaşovun gəlişindən sonra çoxsaylı rayon vətəndaşları müxtəlif peşələr üzrə işlə təmin edilərək lazımi səviyyədə əməkhaqqı ala bilirlər. Zaman-zaman yığılmış problemlərlə bağlı şikayətlər Babaşova qədər 70 faiz idisə, bu gün həmin faiz göstəricisi 5-ə enib. Rayonda əsassız, yersiz, heç bir dəlilə, sübutlara istinad edilməyən şikayətlərə də son qoyulub.


İcra başçısı hər bir işə şəxsi diqqətlə yanaşır, yerlərdə olur, vətəndaşların dərd-səri ilə maraqlanır, bacardığı köməklikləri onlardan əsirgəmir. Rayon vətəndaşları süründürməçilikdən və bürokratik əngəlliklərdən də azad olublar. Məmurun vətəndaşa xidmət göstərməsi amili Qazaxda əsas meyardır. Böyük ruh yüksəkliyi ilə demək mümkündür ki, Qazaxın icra başçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasətini böyük əzmlə davam etdirir, Prezidentin dediyi kimi, xalqın xidmətçisi olduğunu əməli işi ilə sübut edir.

Rəcəb Babaşov ildən artıqdır ki, dünyanın bəlasına çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə də adı sevinc hissi ilə çəkilən yeganə icra başçılarındandır. Onun gərgin səyi ilə Qazaxda pandemiyaya qarşı daha müfəssəl işlər görülür. O, pandemiyaya qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının da əməyindən geniş istifadə edir.


Rayonun bütün qəbiristanlıqlarında hər il təmizləmə işləri aparılır. Hər bir qəbir daşının ətrafı səliqəyə salınıb. Doğurdan da, insanın sözü ilə əməli üst-üstə düşəndə insan daha çox sevilir və yadda qalır. Bu gün qazaxlıların əsl sevimlisinə, onların bir icra başçısı kimi deyil, yaxın sirr yoldaşına çevrilən Rəcəb Babaşov işlədiyi 5 il müddətində rayon üçün o qədər işlər görüb ki, artıq sadalamaq da mümkün deyil. Qazaxın ziyalısından tutmuş fəhləsinə kimi hər kəs diqqətlə dinlənilir, arzu və təklifləri həyat keçirilir, çətin məsələlər üçün lazımi tədbirlər görülür. Rayon ağsaqqallarının, ağbirçəklərin söyləmələrinə görə, Babaşova kimi hələ bu qədər Qazaxda quruculuq-abadlıq işləri aparılmayıb. Onun gözəl yaddaşı, dəqiqliyi və millətinə böyük ruh yüksəkliyilə xidməti istər-istəməz insana mənəvi dayaq verir. Düşündürməyə vadar edir ki, bu millətin hələ ki layiqli insanları yerindədir. Millət üçün, xalq üçün yaşayır, yaradır və qurur. Rayon vətəndaşları ilə o qədər xoş rəftar edir ki, adamın ən yaxını belə bu dərəcədə səmimi deyil. Bu səmimiyyəti birinci növbədəı rayonda illərlə yığılıb qalan problemlərin, uzun illərdi ötür-ötürə düşən şikayətçi arzularının, haqqın nahaq üzərində qələbəsinin, rüşvətxorluğa qarşı mübarizə kimi məsələlərin həllinə gətirib çıxardı.


Qazaxın mərkəzindən tutmuş kəndlərə kimi geniş miqyaslı quruculuq-abadlıq işləri aparıldı və davam etdirilir. Qazax şəhəri yenidən və kəndləri ilk dəfə olaraq tam asfaltlanıb. “Heydər Əliyev”, “Mütəfəkkirlər”, “Səməd Vurğun” və “Dədə Qorqud” parkları yenidən qurularaq əhalinin istifadəsinə verilib. Qazaxın gündüzü kimi gecəsi də artiq hər kəsə xoş gəlir. Mərkəzindən tutmuş hər bir döngəsinə kimi işıqlandırılıb. Şəhər gün ərazində bir neçə dəfə təmizlənir. Qazaxın səliqəliliyinə təzə salınan yaşıllıq da xüsusi zövq verir.
Bəşəriyyətin gələcəyi hesab edilən gənclərə olan diqqət və qayğı da Rəcəb Babaşov üçün prioritet məsələlərdəndir. Gənclər hər vaxt qəbul edilir, arzu və təklifləri dinlənilir. Gənclərimizi daim narahat edən işsizlik problemlərinə də, demək olar ki, son qoyulub. Yüzlərlə gənc təmannasız olaraq, süründürməçiliyə yol verilmədən müxtəlif adda işlə təmin edilib.

Rayonda şəhid ailələləri, Qarabağ əlilləri və veteranları növbəsiz olaraq günün istənilən vaxtında icra başçısı ilə görüşə billir, dərd-sərlərini bölüşürlər. Maddi və mənəvi ehtiyacları, sosial problemləri həll edilir. Qabaqlar şəhidlərin xatirəsinə tilikmiş, şəhid adına ləkə gətirən bulaqlar yenidən qurularaq onların adlarına layiq əbədiləşdirilib. Valideynlərinin, yaxın qohumlarının və rayon ictimaiyyətinin iştirakı ilə açılışları keçirilib. Qazaxın hər iki istiqamətdən girişindəki memoriallar yenisi ilə əvəzlənib.


Rəcəb Babaşov Qazaxda çalışan iş adamları, sahibkarlar və fiziki şəxslərlə də mütəmadi olaraq fikir mübadiləsi aparır, onlara dəstək olur, qarşılaşdığı problemlərin həllində və verilən təkliflərə birbaşa yardımçı olur. Doğurdan da, onun işlədiyi müddətdə heç bir iş adamı və sahibkar bu günə kimi narazı qalmayıb. Cənab İlham Əliyevin də həmişə icra başçılarına verdiyi tövsiyyələrdən biri də məhz budur.

Ermənilərlə daban-dabana yaşayan sərhəd kəndlərin əhalisinə daha çox qayğı göstərilir. Elə bir gün olmaz ki, Babaşov bir sərhəd kəndində olmasın. O, yerindəcə kənd sakinlərini dinləyir, onların arzu və istəklərini yerinə yetirir. Aldığımız məlumata görə, Babaşovun bu dəst-xətti həmişə qalaq-qalaq ölkə rəhbərliyinə ünvanlanan vətəndaşların ərizə və şikayətlərinə də son qoyub.

Hazırda inşaası ötən ilin əvvəlindən başlayan kanalizasiya və içməli su sisteminin yeni çəkilişi Rəcəb Babaşovun diqqətində olan ən mühüm məsələdir. O, elə bir gün olmaz ki, qazıntı işlərindən başlayaraq xətlərin qoyuluşuna kimi aparılan işlərlə maraqlanmasın. Bu halda burada çalışanların da əhval-ruhiyyəsi daha gözəl olur.

İcra başçısı Babaşov rayonda apardığı kadr siyasəti də yerindədir. Xüsusilə, rayon icra hakimiyyətində uzun illərdi ki, əhalinin necə deyərlər gözlərini “mazol edənlər”, rüşvətsiz iş görməyənlər, müasir qayda-qanunlara uyğunlaşmayanlar, dövlət siyasətinin həyata keçirilməsində ikibaşlı rol oynayanlar və bürokratlar işlərindən uzaqlaşdırılaraq, yerinə gənc, savadlı kadrlar gətirilib. Yerlərdə əhalinin sözünü eşitməyən, ancaq özünü düşünən, vətəndaşlarla kobud davranan bir sıra RİH baççısının kənd inzibati-ərazi nümayəndələri vəzifəsindən azad edilmiş, işinin öhdəsindən gələ bilməyən bələdiyyə sədrləri ciddi nəzarətə götürülmüşdür.



Haqlı olaraq işindən kənarlaşdırılan rəhbər işçilərin bu gün aidiyyəti orqanlara şikayət etməmələri, birbaşa Babaşovun atdığı addımın doğruluğunu ifadə edir.

Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, elmi, mədəniyyəti və incəsənəti ilə Azərbaycanda xüsusi yeri olan Qazaxın tanınmış elm, mədəniyyət və incəsənət adamları da daim diqqətdə saxlanılaraq yada salınır.

“Nəyisə bağışlayaram, amma rüşvətxorluq və korrupsiyaya qarşı barışmaram”- ifadəsini həmişə dilə gətirən icra başçısı Qazaxda gənc kadrların yerləşməsinə, dövləti və dövlətçiliyi dəstəkləyən kütləvi tədbirlərin keçirilməsinə koronavirus pandemiyası başlayana qədər həmişə önəm verib. Bu da Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin dəstəklənməsində başlıca amilidir.


Qazaxda deyilənlərlə yanaşı Rəcəb Babaşov haqq adamı kimi də tanınıb. Hüququ tapdanan, haqsızlıqla üzləşən insanlara da yaxından yardımçıdır. Bəli, işlədiyi müddətdə Qazax və qazaxlılar üçün o qədər işlər görüb ki, rayona gələn qonaqlar da bunu daha yaxşı görürlər. Amma, özünün dediyi kimi, “Qazaxın inkişafı üçün qarşıda duran məsələlər bu günə kimi görülən işlərdən daha çoxdur” .
Ona görə işində yorğunluq bilməyən icra başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmək üçün hər an düşünür, götür-qoy edir, Prezident qarşısında verdiyi sözləri doğrultmaq üçün bütün varlığı ilə çalışır. Bu nəzərdən hazırda qazaxlılar öz icra başçılarına inanır, onu qoruyur və yüksələn xətlə müdafiə edirlər.

 

İlham Hacalı

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov