Milli Məclisin sədri Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən qurultayından danışıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, spiker parlamentin iclasında YAP-ın yaranmasından və ölkənin siyasi həyatındakı rolundan danışıb.
Spiker Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı YAP sədrinin birinci müavini təyin olunması münasibətilə təbrik edib.