Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra açılış mərasimlərində iştirak ediblər.
İlk olaraq, dövlət başçısı və birinci vitse-prezident “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər .
Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Suraxanı” tanker-muzeyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılış mərasimlərinə qatılıblar.