Xəbər lenti

Böyük Britaniyanın “London Post” saytında Azərbaycan millət vəkili Cavanşir Feyziyevin və Böyük Britaniya Nümayəndələr Palatasının üzvü Bob Bləkmənin birgə müəllifi olduqları məqalə çap olunub.

 

Bizimaz.az xəbər verir ki, “Xocalı soyqırımı və onun qurbanları” adlı məqalə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.

Məqalədə bildirilir ki, 1945-ci ildən sonra yaradılmış və bütün dünya tərəfindən qəbul olunmuş beynəlxalq norma və prinsiplərə zidd olaraq, Azərbaycanının ərazi bötövlüyünə qarşı silahlı hücum yolu ilə onun Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun işğal olunması və bu ərazilərdən bütün azərbaycanlıların etnik təmizlənməyə məruz qoyulması sadəcə Ermənistan tərəfindən beynəlxalq qanunların pozulması deyil. Hələ 1980-ci illərdən başlayaraq son 30 il ərzində Ermənistan dövləti Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırım cinayətləri törədib. Bu cinayətlər yüzminlərlə azərbaycanlının fundamental insan haqlarından, o cümlədən öz dogma torpaqlarında yaşamaq hüququndan məhrum olması ilə nəticələnib.

Məqalədə Xocalı soyqırımının tarixi və təfərrüatı barədə geniş məlumat verilib. Müəlliflər həmçinin 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsinin nəticələri haqqında da Britaniya oxucularına məlumat verib, torpaqlarımızın azad olunmasını ədalətin bərqərar olunması kimi dəyərləndiriblər.

Məqalə müəllifləri Bob Bləkmən və Cavanşir Feyziyev bildiriblər ki, ərazi bütövlüyünün təmin olunması Ermənistanı Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətdən azad edə bilməz. Son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş bütün cinayətlər, o cümlədən Xocalı soyqırımı ən xırda detallarına qədər öyrənilməli və Ermənistan beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Məqalənin original variantını BURADAN oxuya bilərsiniz.

06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov