“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün ali təhsil müəssisələrindən alınan təkliflər Təhsil Nazirliyində müzakirə edilib”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Milli Məclis” jurnalına verdiyi müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və təhsil komitəsi arasında yeni qanun layihəsinin hazırlanması istiqamətində davamlı müzakirələr aparılmaqdadır.
“Hesab edirik ki, hazırlanacaq qanun ali təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, digər təhsil pillələri ilə çevik əlaqələndirilməsi, ömür boyu təhsili təmin etməsi, tələbəyönümlü tədrisin təşkili, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üzrə ən müasir konsepsiyaları özündə ehtiva etməlidir”, - deyə nazir əlavə edib.