Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə və Azərbaycan arasında energetika və mədənçilik sahəsində əməkdaşlıq haqqında" “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib. 

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə məlumat Türkiyənin "Resmi Gazete"sində dərc edilib.

Qanun imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrında, energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.