Xəbər lenti



44 günlük vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin məzarının üstü götürülüb.

 

Bizimaz.az “oxu.az”a istinadən xəbər verir ki, onun Bərdənin Şəhidlər Xiyabanındakı qəbrinin üstünə başdaşı və sinədaşı qoyulub.

Bundan əvvəl isə hələ də şəhidin qəbrinin üstünün götürülməməsi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, 22 yaşlı kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov