Xəbər lenti

İşğaldan azad edilən torpaqlar 27 ildir ki, düşmən tərəfindən istismar edilir. Bu torpaqların bərpası üçün aylar, hətta illər lazımdır. Eyni zamanda bunun üçün kifayət qədər vəsait lazımdır. Buna görə də cənab Prezident işğaldan azad edilən ərazilər, xüsusilə də Şuşa ilə bağlı məsələlərə həssaslıqla yanaşır.

 

Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, Prezidentin xəbərdarlığından dərs çıxarmaq lazımdır:

“Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığını göstərmişdi. Yəni bu gün görüləcək bütün işlər öncədən planlaşdırılıb və qərarlaşdırılıb. Bu mənada ölkə başçısının işğaldan azad edilmiş torpaqlar ilə bağlı həssaslığı başa düşüləndir”.

Politoloqun sözlərinə görə, ola bilər bu gün çoxları cənab Prezident tərəfindən Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edilməsinin mahiyyətini düzgün qiymətləndirmir:

“Birincisi, ölkə başçısı Şuşanı inkişaf edən Azərbaycanın gələcək perspektivdə bayraqdarı olmasını istəyir. Yəni hər şey Şuşadan başlayacaq. Şuşa Azərbaycanın dünyana açılan qapısı olacaq. Bu şəhər Azərbaycanın digər şəhərləri ilə eynilik təşkil etməyəcək. Yəni qısaca desək, Şuşa cənab Prezidentin qırmızı xəttidir.

İkincisi, Prezident Şuşa şəhəri işğaldan azad edilərkən bu sevincini ilk olaraq ümummilli lider ilə bölüşdü. Məzarını ziyarət etdi və “Mən ata vəsiyyətini yerinə yetirdim” dedi. Yəni bu gün Şuşa şəhəri həm də Heydər Əliyev irsinin mədəni aspektdən yaşadılacağı bir ocaq olacaq. Mədəniyyət paytaxtı ümummilli liderin də mədəniyyətimizə qatdığı dəyərlərlə formalaşacaq.

Üçüncüsü, cənab Prezident bilir ki, Şuşa xalqımız, millətimiz, dövlətimiz üçün mənəvi cəhətdən önəmli, bir o qədər də həssasdır. Yəni Şuşa şəhərində baş verəcək istənilən neqativ hala xalqın reaksiyası olacaq. Buna görə də Şuşa şəhəri aparılan ardıcıl, davamlı sosial-mədəni, iqtisadi siyasətin başlıca göstəricisi olacaq. Prezident bu şəhəri məmur özbaşınalığı, inhisarçılıqdan uzaq, Azərbaycan mədəniyyətinin, xalqının gələcəyə dair ümidinin əsas göstəricisi kimi görmək istəyir”.

06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov