Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün AzTV-yə müsahibəsində Şuşa şəhərinə münasibətdə xüsusi həssaslığı və orada hər hansı sahənin yetkililərinə şöbə və filial açmaq icazəsi vermədiyini sərt şəkildə ifadə etməsi geniş rezonans doğurub.
Bizimaz.az Axar.az -a istinadən xəbər verir ki, Prezidentin müsahibəsindəki sözügedən hissə ayrılaraq, sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb və dəstəklənib. Qısa müddətdə sosial şəbəkələrin Azərbaycan seqmentində bu videolar trendə çevrilib.