Xəbər lenti



Axşam saatlarında Xəzər dənizində 4,5 maqnitudada zəlzələ qeydə alınıb və bu təqribən altı ballıq (MSK-64 şkalası ilə) dağıntı gücünə malik yeraltı təkan deməkdir. Həmin zəlzələ ilə eyni zamanda ərazidə sürüşmə baş verib.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu sözləri Badamdarda sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

O bildirib ki, sözügedən ərazi sürüşmə zonası olduğu üçün bu hadisə gözlənilən idi:

“Biz bu uçqunu gözləyirdik. Çünki, axşam saatlarında Xəzər dənizində qeydə alınan zəlzələ burada sürüşməni aktivləşdirib. Hazırda ərazidə işlər davam etdirilir. Ərazidə torpaq sürüşməsi nəticəsində fəaliyyəti vaxtilə bizim tərəfimizdən dayandırılan restoranın mətbəxində dağıntılar baş verib. Badamdarda daha əvvəl də torpaq sürüşməsi qeydə alındığı üçün ərazi nəzarətə götürülüb, qabaqlayıcı tədbirlər görülüb. Bura Bakının ən təhlükəli ərazisi hesab olunur və Bakı şəhərinin işlənən baş planlarında bu nəzərə alınıb. Bu proseslər indi də davam etdirilir.

Drenaj quyuların qazılması və zəruri texniki avadanlıqların yerləşdirilməsi prosesi davam etdirilir. Bu proseslər tək bu hadisə ilə deyil, daha əvvəldə terraslama layihəsi çərçivəsində də davam etdirilib. Görülən qabaqlayıcı tədbirlər nəticəsində ərazidə qeydə alınan torpaq sürüşməsi zamanı insan tələfatının qarşısı alınıb. Təəssüf ki, işlər sürətlə aparılsa da, hələ də yekunlaşmayıb. Güman edirəm ki, bu sürüşmədən sonra terraslama prosesində bəzi dəyişikliklər ediləcək”.

“Hazırda ərazidə aktivləşmə prosesi var və yenidən sürüşmə gözlənilir. Hər tərəfdə sürüşmə prosesi aktivdir”,-deyə E.Əsədov qeyd edib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov