Azərbaycanla Türkiyə arasındakı olan əlaqələr sıradan əlaqələr deyil. Bu, stabil əlaqələr, qardaşlıq münasibətləridir.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əminliklə deyə bilərəm ki, qarşıdan gələn onilliklərdə, yüzilliklərdə də Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri davam edəcək və daha da güclənəcək”, - o bildirib.