Xəbər lenti

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsinə seçilib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, Milli Gimnastika Arenasında "AGF" İctimai Birliyinin 11-ci Ümumi iclası və AGF İcraiyyə Komitəsinin 37-ci iclası keçirilir. AGF Əsasnaməsinə uyğun olaraq ümumi iclas hesabat-seçki xarakteri daşyıb.

Keçirilmiş səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il ərzində Azərbaycan Gimnastika Federasiyasının prezidenti (İcraiyyə Komitəsinin sədri), Altay Həsənov isə AGF-in vitse-prezidenti (İcraiyyə Komitəsinin sədr müavini) vəzifəsinə yenidən seçilib.

Bundan başqa, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva növbəti beş il ərzində yenidən İcraiyyə Komitəsinin üzvləri seçilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov