2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib.
bizimaz..az Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb.
Avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək.