Müdafiə Nazirliyi 28 May - Respublika Günü münasibətilə videoçarx hazırlayıb.
Bizimaz.az.az xəbər verir ki, videoda 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən bəhs olunur.
Nazirlik, eyni zamanda Cahangir Qurbanovun ifasında Bayraq mahnısına çəkilən klipi də yayımlayıb.
Bundan başqa, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin genişmiqyaslı əməliyyat-taktiki təlimlər ərəfəsində təqdim etdiyi “Qələbəyə gedən yollar” videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.
Mərkəz 28 May – Respublika Günü münasibəti ilə “Zəfər marşı” adlı yeni layihəni təqdim edib. Marşın sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə, musiqisi bəstəkar Azad Zahidə, ifası isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, Prezident mükafatçısı mayor Cahangir Qurbanova aiddir.