Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı müraciət BMT-nin rəsmi sənədi kimi yayılıb.
Bizimaz.az xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat Xidməti rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, müraciətdə Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin müraciət BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.
BAKU.WS