Azərbaycanda lisenziyası ləğv edilmiş 4 məlum bankın bazarda qalması üçün 677 milyon manat tələb olunurdu.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
“Həmin banklarla bu ilin yanvar ayından müzakirələr aparılıb. Ən çox “AGBank”la danışılıb. Halbuki, bu bankda da audit yoxlaması kapitalın mənfi olduğunu üzə çıxarmışdı. Bəzi ekspertlər deyirlər ki, hansısa bankın vəziyyəti yaxşı olub. Mən onların peşəkarlığına şübhə ilə yanaşıram. Professionallıq göstərmək lazımdır”, - o deyib.