Xəbər lenti

 

Prezident İlham Əliyev mayın 1-də Böyük Vətən Müharibəsi iştirakçılarının “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediləcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görəcək. Həmçinin yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov