Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımovun müsahibəsi
- Telman müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?
- Təssüflər olsun ki, koronavirus infeksiyasının sürətli və davamlı yayılması bu gün bizm də Respublikamızdan yan keçmədi. Biz, xalq olaraq belə böyük miqyaslı və sarsıdıcı virusa qarşı mübarizə aparmağa hazır olmamışıq. Lakin dir çox ölkələrdə bu iyirmi birinci əsrin fəlakətinin qarşısının alınmasına barmaq arası baxmanın son nəticəsi hər kəsə məlumdur. Bu ölkələrdən fərqli olaraq bizim dövlət rəhbərliyi zamanında qabaqlayıcı tədbirlər görə bildilər. Məktəblərin və uşaq bağçalarının zamanında bağlanmasını qeyd etmək yerinə düşər. Ümumiyyətlə bu epidemiyaya qarşı görülən tədbirlər məncə bizim ölkəmizdə demək olar ki, gözlədiyimizdən də daha yüksək səviyyədə təşkil olundu. Qısa zamanda görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, bu gün bizim ölkəmizdə həm virus daşıyıcılarının, həm də dünyasını dəyişənlərin say göstəriciləri bir çox ölkələrin sırasında sonuncudur. Lakin bu bizi qətiyyən arxayınlaşdırmamalıdır. Əksinə, bundan sonra da gərək sakinlərə evdə qalmaq tövsiyyə edilsin, hətta ümumiyyətlə sakinlərdən bütün yersiz gedişlərdən imtina etmələri və evlərində mümkün qədər uzun müddət qalmaları tələb edilsin. Təbii ki, bütün görülən tədbirlərin məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və özünütəcrid müddəti barədə əhalinin daha çox informasiyalı olmasıdır. Bir daha sizin vasitənizlə bütün xalqımızdan xaiş edirəm ki, qoyulan bütün tələblərə ciddi yanaşsınlar və koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Dövlətimizə yardımçı olsunlar.
- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Cari ilin mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında ölkə başçısı İlham Əliyevin nitqinə əsaslanaraq ölkəmizin siyasi səhnəsində köklü reformalar dövrünün başlanması kimi qiymətləndirirəm. Həqiqətən də son zamanlar dövlət idarəçiliyində və rayon icra strukturlarındakı qətiyyətli reformalar vacib idi. Çünki illərdən bəri mövcud olan problemlərin cəzalandırılmış şəxslər tərəfindən öz həllini tapmaq əvəzinə getdikcə dahada ağır formya düşdüyü hər kəsin gözü qarşısında idi. Və bütün bunlara rəğmən Prezidentin reformalarından biri də ölkədə siyasi partiyaların siyasi sistemin möhkəmləndirilməsində, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsində partiyaların daha da fəal olmalarına çağrışı oldu. Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunan partiyalar bu şansdan istifadə edib daha da fəal olmalıdılar. Bu gün onların fəaliyyəti üçün geniş şərait yaradılıb və bu şərait dövlətçiliyimizin möhkəmlənməsinə bir qapıdır.
- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?
- Yaradılmış və qarşıda planlaşdırılmış yeni müəssələrin açılması günümüzün tələbidir. Son hadisələr bir daha sübut etdi ki, xaricdən asılılıq bir çox çətinliklər yaradır. Daxili istehsalın yaradılması həm işsizliyin azalmasını, həm də yerli kadrların hazırlanmasını təmin edir. Təssəvür edin ki, dünyanın ən varlı və inkişaf etmiş ölkələri adi bir qoruyucu maskaların qarşısında aciz qaldılar. Buna görə də ən adi əşyadan başlamış daha vacib olan mala qədər tələbatlara uyğun istehsalat müəssisələrinin yaradılmasına dövlət subsidyalarının ayrılması lazımdır.
Ölkə Prezidentinin son əfvlə bağlı qərarını isə bir daha humanistliyin və ölkədə yuxarıda qeyd etdiyimiz siyasi reformaların davamı kimi qiymətləndirirəm. Əlbətdə ki, əfv olunanlar boş yerə məhbəs həyatı yaşamayıblar və öz törətdiyi əməllərinə görə cəzalarını alıblar. Buna görə də cənab Prezident tərəfindən yaşlı məhbusların əfv olunması istər vərəndaş cəmiyyəti, istərsə də digər cəmiyyətlər tərəfindən maraqla qarşılandı və bəyənildi. Nə demək olar, arzu edirəm ki, ümumiyyətlə ölkəmizdə cinayətkar və məhbus taleyi yaşayanlar olmasın ki, türmələr də olmasın. Bugünümüzün çətin bir zamanında bütün xalqımıza mənalı həyat, sağlamlıq və pozitiv əhval-ruh arzulayıram.
Zaid Süleymanov