Xəbər lenti

 

Koronovirus pandemiyasının dünya neft bazarında yaratdığı dalğalanmanın milli iqtisadiyyata mənfi təsirlərindən danışmamaq mümkün deyil.

 

Bizimaz.az  xəbər verir ki, bu sözləri parlamentdə hesabatı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, koronavirusun Azərbaycanda yaradacağı problemlərin qarşısını almaq üçün Prezident İlham Əliyev tərəfindən fevralın 27-də sərəncam verilib və Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb:

"Nazirlər Kabineti koronavirus xəstəliyinin qarşısını almaq üçün proqram müəyyən edib və hazırda müvafiq addımlar atılır. Epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimatlar var, eyni zamanda onların yerli istehsalını təşkil etmək üçün işlər aparılır”.

Əli Əsədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-də ölkə ərazisində görüləcək sosial izolyasiya tədbirləri haqqında məlumat verib.

Aprelin 5-dən 20-nə qədər isə hərəkət məhdudiyyəti müəyyən olunub. Bu tədbirlərin tətbiqi qaçılmazdır.

"Hökumət dünyada koronavirusla mübarizə proseslərini izləyir. Koronavirusun müəyyən mənfi təsirlər yaradacağı istisna edilmir. Amma bunun qarşısını almaq üçün hökumət çevik alətlərdən istifadə edəcək.

Koronavirus xəstəliyinin iqtisadi fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan dövləti 1 milyard manat vəsait ayırıb. Bununla əlaqədar 4 İşçi Qrupu yaradılıb və vahid Tədbirlər Planı qəbul edilib.

Azərbaycan dövləti tərəfindən görülən tədbirlər xalqın sağlamlığı və dövlət təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu ağır sınaqdan az itkilərlə çıxmalı və xalqı qorumalıyıq", - Baş nazir bildirib.

06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov