Xəbər lenti



Azərbaycanda koronavirusla mübarizədə gömrük, polis, sərhəd qoşunları və tibb işçiləri fədakarlıq göstərir.

 

Bizimaz.az  xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.

Spiker əlavə edib ki, biz onlara nə qədər təşəkkür etsək də azdır: “Təklif edirəm ki, ayaq üstə bu fədakar insanları alqışlayaq”.

Spikerin təklifindən sonra deputatlar ayaq üstə tibb işçilərini, polis əməkdaşlarını, gömrük və Sərhəd Qoşunları əməkdaşlarını alqışlayıblar.

Qeyd edək ki, ötən iclasda millət vəkilləri həkimləri ayağa durmadan, yəni oturan yerdə alqışlamışdılar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov