Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirməsi il bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.
Bizimaz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "report"a açıqlamasında məlumatı təsdiqləyib.
O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:
"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".