Azərbaycanın xalq artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişib.
Bizimaz.az bildirir ki, Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Mərhum bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Mədəniyyət Naziri Əbülfəs Qarayev KİV təmsilçilərinə vida mərasiminə qatılmamağı tövsiyə edir.
Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.
Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.
R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.
Allah rəhmət eləsin!