Xəbər lenti



“Bu gün Polşadan ilk qrupumuzu vətənə yola saldıq. Çətinliklə də olsa, buna nail ola bildik”.
 
Bunu Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndircisi,  Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli bildirib. O, təxliyyə olunmaq istəyən azərbaycanlıların əksəriyyətinin maddi sıxıntılarının olduğunu qeyd edib:
 
“Təşkilat rəhbəri olaraq mənə çox müraciətlər ünvanlanırdı. Bu müraciətlərin əksəriyyəti ailə sıxıntıları, şəxsi, maddi problemləri olan şəxslər tərəfindən idi. Valideyni rəhmətə gedən, övladı əməliyyat olunmalı olan, viza müddəti bitən və s. bu kimi problemlər var idi və həmin soydaşlarımız təcili vətənə qayıtmalı idilər. Gərgin anlar, psixoloji sıxıntılar yaşanırdı və mən də özümü həmin soydaşlarımızın yerinə qoydum və onlara əlimdən gələn hər bir köməkliyi etməyi özümə borc bildim. Buna görə də mən Polşa Respublikasının Sərhəd Xidməti ilə əlaqə saxladım və soydaşlarımızın təcili olaraq vətənə geri dönməli olduqlarını bildirdim. Sərhəd xidmətindən razılıq aldıqdan sonra Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət etdim. Komitədən məni dəstəklədiklərini bildirdilər və soydaşlarımızı daşıyacaq olan Varşava - Minsk avtobusunun xərclərini öz üzərlərinə götürdülər. Növbəti müraciətim isə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə oldu.
 
Viza müddəti bitən soydaşlarımızın sərhəddə problem yaşamaması üçün səfirlikdən məktub lazım idi və tez bir zamanda bu məktub bizə təqdim edildi. Polşanın digər şəhərlərindən gələn soydaşlarımıza yola düşənədək qalmaları üçün Azərbaycan evi öz qapılarını açdı. İndi isə artıq soydaşlarımızdan ibarət 19 nəfərlik bir qrup Minsk Hava Limanından Bakıya yola düşüb. Onlardan bəzilərində maddi çətinlik olduğu üçün biletlərinin alınmasını öz üzərimə götürdüm. Könül istərdi ki, hər kəsin biletini alım. Amma təəssüf ki, öz şəxsi hesabıma ancaq bu qədər mümkün oldu. Dostlarımıza uğurlu yol diləyirəm.
 
 
Bu təşəbbüsümdə mənə dəstək olan Diasporla İş Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə, “Azərbaycan Evi”nin qapılarını soydaşlarımıza açan Lalə xanıma və digər şəhərlərdən Varşavaya gələn soydaşlarımızın qarşılanma, yerləşdirilmə, qidalanmasının təşkilində yaxından iştirak edən dostlarımıza şəxsim və təşkilatım Polşa Azərbaycanlıları Şurası adından öz təşəkkürümü bildirirəm”.(Modern.az)
06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov