Prezident İlham Əliyev Akif Məlikovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bizimaz.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".