Təklif edirəm ki, Novruz bayramında koronavirusa görə eyni anda şamlar yandırıb, balkona çıxılsın.
Bizimaz.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Rəşad Mahmudov çıxış edib.
Deputat koronavirusa qarşı mübarizə aparan İtaliya xalqının bu günlərdə necə pozitiv olduğunu da diqqətə çatdırıb.
O bildirib ki, Novruz bayramında eyni anda insanların şamları yandırması ümummilli məsələlərdə həmrəyliyin göstəricisi olar və bununla həm də dünyaya mesaj verilər.
Rəşad Mahmudov eyni zamanda həkimlərin bu vəziyyətdə rəşadətli mübarizə apardığını, həyatını təhlükəyə ataraq insanların həyatını xilas etdiyini bildirib:
“Heç təsadüfi deyil ki, bu yaxınlarda Çində koronavirusun olduğunu ilk elan edən həkim vəfat etdi”.
istinad