Xəbər lenti

 Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirən “Bakı Metropoliteni” QSC geniş spektrli dezinfeksiya tədbirlərinin intensivliyini artırıb.

 

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, buna qədər koronavirusla əlaqədar profilaktiki dezinfeksiya işləri ay ərzində iki dəfə nəzərdə tutulmuşdusa, həmin tədbirlərin hər həftə yerinə yetirilməsi qərara alınıb.

Qatarlarda və stansiyalarda, həmçinin digər metropoliten obyektlərində dezinfeksiya işlərini xüsusi lisenziya ilə uzun illərdir fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirir. Yeniliklə əlaqədar tədbirlər planına qrafik üzrə müvafiq dəyişikliklər edilib. Hazırda Bakı metropolitenində koronavirusla bağlı tədbirlərin ikinci mərhələsi başa çatmaq üzrədir.

Qatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyəti strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

Stansiyalarda gecə saatlarında, sərnişinlər stansiyaları tərk etdikdən və elektrik xətlərindən yüksək gərginlik çıxarıldıqdan sonra geniş spektrli dezinfeksiya işlərinə başlanılır. Giriş sahələri, keçid, vestibül, platforma və stansiya yollarının planlaşdırılmış profilaktik tədbirləri mütəxəssislərin və məsul şəxslərin nəzarəti şəraitində davam etdirilir. Stansiyalarda işlərin ikinci mərhələsi həftə sonu başa çatdırılacaq.

Bununla yanaşı, gündəlik iş rejimi şəraitində profilaktik tədbirlər davam etdirilir. Hər gün ən azı 3 dəfə olmaqla, stansiyaların əllə təmas olan bütün səthləri dezinfektantlarla silinərək təmizlənir və işlər daimi nəzarət altında saxlanılır. Onu da əlavə edək ki, istifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar qaynar xətt yaradaraq, sutka ərzində 24 saatlıq fəaliyyətini təmin edib. 964 və (012) 490 00 00 telefon nömrələrinə zəng etməklə, Bakı metropolitenində koronavirusla əlaqədar görülən işlər barədə ətraflı məlumat almaq olar. Müraciət edənlərə bütün məlumatlar operativ və obyektiv şəkildə təqdim olunur.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahla əlaqəli qurur, tapşırıq və tövsiyələrə əməl olunmasına diqqət yetirir, metropolitenlə bağlı aktual məsələlərin operativ həllini təmin edir.

“Bakı Metropoliteni” QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir.

Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur.

 

06 May 2025 Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır
05 May 2025 Prezident və xanımı Patriarx Kirill ilə görüşdü
05 May 2025 Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
02 May 2025 SON DƏQİQƏ: Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan İMTİNA ETDİ
01 May 2025 Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
30 Aprel 2025 Prezident Qusarda
29 Aprel 2025 Azərbaycan-İran strateji tərəfdaşlığı: Yeni səviyyədə əməkdaşlıq və dostluq mesajı
29 Aprel 2025 Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
29 Aprel 2025 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
29 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Pezeşkian
29 Aprel 2025 İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var - AÇIQLAMA
25 Aprel 2025 DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
23 Aprel 2025 İstanbulda 6 ballıq zəlzələ oldu
23 Aprel 2025 Çinlə vizasız səfər edəcəyik
23 Aprel 2025 İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
22 Aprel 2025 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə - YENİLƏNİB
22 Aprel 2025 Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq
22 Aprel 2025 Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar
21 Aprel 2025 Pezeşkian bu həftə Azərbaycana gedəcək - İsmayıl Bekayi
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov