Bizimaz.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.

E. Zahidov həmçinin əlavə edib ki, saxlanılan şəxslərin vəkilləri ilə görüşünə heç bir məhdudiyyət tətbiq edilmir.

BAKU.WS