Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.
Bizimaz.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncam “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.
Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.
Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir.
istinad