Xəbər lenti

2019-cu ilin  əvvəllərində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş sosial layihələr paketində nəzərdə tutulmuş tədbirlər ölkəmizdə sosial problemlərin daha operativ həllinə geniş imkanlar yaradıb. İl ərzində sosial problemlərin həlli, əhalinin rifahının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması sahəsində önəmli addımlar atılıb, əmək haqları, pensiya və müavinətlər bir neçə dəfə artırılıb, zəruri infrastruktur layihələri icra olunub.

 

Cənab Prezident İlham Əliyevin davamlı qayğısı ilə, başa çatmaqda olan 2019-cu ildə Lənkəran rayonunun da sosial-iqtisadi inkişaf sürətlə  davam edib, tikinti-abadlıq və mədəni quruculuq işləri geniş vüsət alıb. Rayonda ümumi məhsul buraxılışı, sənayedə istehsalın həcmi artıb. Yeni iş yerləri açılıb, iqtisadiyyatın və sosial sahənin inkişafına əhəmiyyətli investisiya yönəldildilib.


Ölkə Prezidentinin təşəbbüsü ilə çəltikçiliyin, sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair qəbul olunmuş Dövlət Proqramları bu sahələrə marağı daha da artırıb və əkin sahələri dəfələrlə genişlənib. Ənənəvi təsərrufat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar rayonda yüksək keyfiyyətli barama məhsulu tədarük olunub.

Şəhərdə və rayonun ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etdirilib. Magistral yollar boyu və şəhərdaxili küçələrdə hasar və barılar təmir edilərək suvaqlanıb, rənglənib, eyni zamanda şəhərin park və bağlarında minlərlə dekorativ ağac və gül kolu əkilib, şəhərdaxili yollara asfalt döşənib, çoxmənzilli yaşayış binalarının dam örtukləri dəyişdirilib, liftlər təmir edilib.

Əvvəlki vaxtlarda olduğu kimi, 2019-cu ildə də Lənkəranda inkişaf meylləri davam etmiş, iqtisadi göstəricilər artan templə yüksəlmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilib. Belə ki, Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusu və yataqxananın, ucqar dağ kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilib, bəzi kəndlərdə təzə məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görülür. 
 

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən rayonda aztəminatlı sakinləırin kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilməsi davam etdirilib. Haqqı ödənilən ictmai işlərə cəlb edilənlərin sırasında rayonun ən ucqar ərazilərində yaşayan vətəndaşların, o cümlədən qadınların da olması təqdirəlayiq haldır. 

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də nümunəvi qayda yaradılıb, həm icra aparatında, həm də səyyar qəbullar zamanı qaldırılan məsələlər daim diqqətdə saxlanır və həlli ilə bağlı müvafiq tədbirlər görülür.

Aşkar müşahidə olunan inkişaf meylləri belə qənaətə gəlməyə əsas verir ki, Lənkəran rayonu üzrə tezliklə açıqlanacaq yekun məlumatlar özündə olduqca müsbət sosial-iqtisadi göstəriciləri əks etdirəcəkdir. Əlbəttə ki, bu müsbət tendensiyanın formalaşmasında Rayon İcra Hakimiyətinin başçısı cənab Taleh Qaraşovun əhəmiyyətli xidmətləri olmuşdur. Rayon rəhbəri Lənkəranın potensial imkanlarını üzə çıxarmağa, tərəqqipərvər qüvvələri səfərbər etməyə müvəffəq olmuşdur. Taleh müəllimin dövlətə, dövlətçiliyə sədaqətinin, xalqla iqtidar arasındakı etimad körpüsünün möhkəmlənməsinə göstərdiyi xidmətin qiymətidir ki, Prezident İlham Əliyev bu ilin may ayında Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.

Başda Taleh Qaraşov olmaqla, Lənkəran ictimaiyətini, rayonun bütün sakinlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbacanlılarının Həmrəlik Günü və Yeni İl bayramı münasibətilə təbrik edirik. İnanırıq ki,  bu şəhər gələcəkdə də haqq etdiyi "Cənub mirvarisi" statusunu qorumaqla, ölkəmizin iqtisadiyyatına, mədəniyyətinə verdiyi sanballı töhfələrin siyahısını artıracaqdır.  

Zaur Vəliyev

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov