Xəbər lenti



 

2020-2021-ci tədris ilindən təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq.

 

Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin tədris ilində tələbələrə verilən təqaüdlərin həcmi 20 faiz artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib:

“Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə, bu rəqəm beş dəfə çoxdur. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.

“Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində səkkiz istiqamət üzrə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur”, - deyə C. Bayramov qeyd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov