Birinci vitse-Prezident Mehriban Əliyevanın sifarişi ilə Azərbaycanda Koroğlunun nəhəng heykəli ucaldılacaq.
Bizimaz.az: Bu barədə xalq rəssamı Ömər Eldarov Bakıpost.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu barədə Mehriban Əliyeva qarşısında təşəbbüslə çıxış edib və bu, qəbul olunub:
“Mehriban xanıma Koroğlunun heykəlini təklif etdim, bəyəndilər, sağ olsunlar. Yaxınlarda işlərə başlayacağıq”.
Heykəl Siyəzən rayonu ərazisində Beşbarmaq dağının önündə ucaldılacaq:
“Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bu Koroğlunun əvvəlki heykəlindən fərqli olaraq, arxitekturadır, sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq.
Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq”.